Logo

Moskva küçələri şampunla yuyulacaq


Aprel ayı ərzində Moskva küçələri 4 dəfə şampunla yuyulacaq.

Topxeber.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Avtomobil yolları” dövlət büdcəsi müəssisənin sədr müavini Andrey Sokolov deyib.

O bildirib: “Hava temperaturunun gündüz və gecə saatlarında müsbət 5 dərəcəyədək qalxmasından etibarən yolların hərəkət hissəsini yuyuruq. Çox güman ki, artıq bu həftə yol və tratuarları yuyucu vasitələrlə yuyacağıq”.

A.Sokolov qeyd edib ki, qış fəslində yollarda benzin və avtomobil rezinlərinin qalıqlarından kimyəvi nazik pərdə formalaşır: “Onu yumaq üçün xüsusi şampun lazımdır”.

Məftun Salmanov