Logo

​ “UniBank”dan daha bir fırıldaq


“UniBank” debet kartının satışını artırmaq məqsədilə yeni fırıldağa əl atıb. Belə ki, sözügedən bank yanacaq doldurma mərkəzinin adından istifadə edərək bank kartlarını satmağa çalışır.

 Topxəbər.Az xəbər verir ki, sözügedən banka partnyor “Lukoil” yanacaqdoldurma məntəqələrində Unibank kartları ilə yanacaq doldur, 1% CASHBACK qazan! kampaniyasına start verib. Ucuz yanacağı “UniBank” kartları ilə doldur adı altında keçirilən kampaniyada sözügedən yanacaq doldurma məntəqəsinin yalnızca iki şöbəsi nəzərdə tutulub. Yəni bank bütün filiallarda eyni kampaniyanın olduğunu nəzərə çatdıraraq kartlarını reklam etməyə çalışsa da cəhdi uğursuz olub.

Qeyd edək ki, Azərbaycan Respublikası reklam haqqında qanunun 18.0.5. maddəsi bildirir ki, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınması, bankın sözügedən məlumatında (reklamında) natamam reklam verməsinə icazə vermir.

Topxəbər.Az