Logo

Şamaxı rayon İcra Hakimiyyəti: “ Sürüşmə ilə bağlı cəmi bir ailə evini tərk edib”


“Əraziyə gedib baxmışıq. Ailələrə  baş çəkmişik, onlarla bir-bir danışmışıq. Bəzi evlərdə xırda çatlar, bəzi həyətlərdə  isə torpaq qabarmaları  yaranıb."

Bunu Topxəbər.Az-a açıqlamasında Şamaxı  rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi  Dilguşə Məmmədova bu gün Şamaxıda baş vermiş sürüşmə ilə bağlı Topxeber.Az saytına danışarkən deyib.

Qurum rəsmisinin sözlərinə görə, sürüşmədən 12 ailə zərər çəkib: “ 3 evdə daha təhlükəli vəziyyət yaranıb, o evlərin ikisində yaşayış yoxdur, birində var. Ümumilikdə, sürüşmə aktiv olan  sahədə 12 ev var. Onlardan 7-si qəzalı vəziyyətdədir.  Bir evdə isə  tikinti başa çatmayıb".

Qəza ilə bağlı neçə ailə evini tərk edib sualına gəlincə, D. Məmmədova bir ailənin mənzilini tərk etdiyini bildirib: “ Bura təzə məhəllədir, evlər tam hazır deyil. Hazırda tədbirlər görülür. Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. Yağışlar intensiv yağdığına görə sürüşmənin davamlı olacağı istisna edilmir”.

Nihadə Eyyubova