Logo

Bakıda cinayətkar avtobusa külli miqdarda narkotiklə daxil oldu...Polis müdaxilə etdi


Topxeber.Az ARB TV-yə istinadla xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əkbərov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilib.

Şöbədə onun əlindəki çantaya baxış zamanı külli narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Anar Əkbərov (saxlanılan şəxs): "Avtobusda 1 dayanacaq gedən kimi, polis mənə yaxınlaşdı. Çantanı da götürüb məni apardılar".

Faktla bağlı cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.