Logo

Döyülən xanım müğənni efirə çıxdı - VİDEO


Təxminən 20 gün öncə həyat yoldaşı tərəfindən döyüldüyü deyilən Anara adlı azərbaycanlı müğənni bu gün "Səhər-Səhər" verilişinin qonağı olub.

Topxeber.Azxəbər verir ki, gənc qadın türk əsilli həyat yoldaşının onu müğənni kimi qəbul edərək 8 il öncə ailə həyatı qurduqlarını deyib.

Lakin müğənni evlilikdən 2 il sonra həyat yoldaşının ona sənəti ilə bağlı qadağalar qoyduğunu və hər gün bu qadağaların artdığını sözlərinə əlavə edib. O, dəfələrlə əri tərəfindən şiddət gördüyünü, hətta sonuncu dəfə sözügedən olay zamanı qaşının yarıldığını da qeyd edib.