Logo

Həbsxanada olan qardaşı arvadını zorladı - Saçımdan tutub, yataq otağına apardı


Adanada həyat yoldaşı həbsxanada olan 3 uşaq anası D.B.-nı (27) qaynı S.B. (30) zorlayıb.

Topxeber.Az Milli.Az-a istinadən xəbər verir ki, saxlanılan S.B. ifadəsində qardaşının yoldaşıyla öz istəyi ilə birlikdə olduğunu iddia edib.

D.B. Hatayda yaşayan ailəsi ilə birlikdə polis idarəsinə gələrək gecə evində qonaq olan evli və 3 uşaq atası - qaynı S.B.-nin onu zorladığı barədə məlumat verib.

Uşaqları yatırdıqdan sonra evə gələn qaynı S.B.-nin saçından sürüyərək onu yataq otağına apardığını bildirən gənc qadın ifadəsində: "Dünən axşam qapı döyüldü. Vacib bir şey söyləyəcəm deyən qaynım qapını açıb, içəri girdi. Qapını bağlayıb, açarı cibinə qoydu. "Bugün qardaşımın yatağında yatacam. Yataq otağını mənə göstər" dedi. Saçımdan tutub, yataq otağına apardı və oranın da qapısını kilidlədi. Çox yalvardım, amma məni dinləmədi. Məni zorladı. Ondan şikayətçiyəm" deyib.

Saxlanılan S.B. barəsindəki şikayəti qəbul etməyib. Qardaşının yoldaşı ilə öz istəyiylə cinsi əlaqədə olduğunu iddia edən S.B. barədə həbs qərarı çıxarılıb.