Logo

Moskvada ticarət mərkəzində baş verən yanğında 1 nəfər öldü, 3 yaralı var YENİLƏNİB


Moskvada "Persey" ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəhbəri İlya Denisov deyib ki, yanğın zamanı mərkəzin bir əməkdaşı ölüb. Onun sözlərinə görə, daha 3 xilasedici xəsarət alıb. Hadisə mərkəzin anbarında başlayıb. 100-dən çox şəxsin təxliyə olunduğu bildirilir.

Yanğın 80 kvadrat metr ərzini əhatə edib. Yanğının qarşısı tamamilə alınıb.


14:37

Moskvada ticarət mərkəzlərinin birində yanğın hadisəsi baş verib.

Topxeber.Az Trend-ə istinadən xəbər verir ki, yanğın "Persey" ticarət mərkəzində qeydə alınıb.

Fövqəladə xidmətdən verilən məlumata görə, alov ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən anbarda başlayıb.

Hazırda ticarət mərkəzində olan bütün heyət təxliyə edilir.

Xəsarət alanların olduğu ehtimal edilir.