Logo

Qəbələdə törədilən dəhşətli qətlin — TƏFƏRRÜATLARI - YENİLƏNİB


Qəbələdə törədilinə qətlin təfərrüatları bəlli olub.

Topxeber.Az “Ölkə.Az”a verilən məlumata istinadən bildirir ki, “V.Məmmədşərifova qaynı ilə cinayəti törətdikdən sonra izi itirmək məqsədi ilə ərinin itkin düşməsi barədə DİN-nin 102 zəng mərkəzinə müraciət edib. Həmçinin hər iki ailə münaqişəli ailə kimi polisdə qeydiyyatda olub. Həm ölən, həm də saxlanılan qardaş tez-tez sərxoş olub bir-birləri ilə mübahisə ediblər. Hadisə baş verən zaman da hər iki qardaş sərxoş olub. Ehtimal var ki, saxlanılan Vusal Rəfiyevdə psixi pozğunluqlar var. Çünki onun ana tərəfində bir neçə şəxsdə psixi xəstəlik mövcud olub. Bunula bağlı istintaqın gedişi zamanı müvafiq ekspertizalar təyin ediləcək”.

12:35

Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.

Topxeber.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.