Logo

Ronaldu “qayçı” zərbəsi ilə qolu neçə metr hündürlükdən vurdu?


Real” Madridin hücumçusu Kriştiano Ronaldunun Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyununda “Yuventus”a (3:0) “qayçı” zərbəsi ilə qol vurarkən nə qədər hündürlüyə tullandığı məlum olub.

Topxeber.Az-ın “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı ulduz 2,23 metr hündürlükdən fərqlənib.

Futbolçu bu göstərici üzrə şəxsi rekordunu 2013-cü ildə müəyyənləşdirib. Həmin vaxt K. Ronaldu ÇL-nin matçında 2,93 metr hündürlüyə tullanaraq “Mançester Yunayted”ə qol vurmuşdu.

Qeyd edək ki, hücumçunun boyu 1,87 metrdir.

Məftun Salmanov