Logo

Sumqayıtda kafedə yanğın: 6 nəfər təxliyə edildi


Sumqayıtda yerləşən kafelərin birində yanğın baş verib.

Topxeber.Az FHN-nə istinadən bildirir ki, ümumi sahəsi 150 kv.m olan kafenin yanar konstruksiyaları 90 kv.m sahədə və içərisində olan əşyalar yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 30 kv.m sahədə əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.