Logo

Türkiyədən alınan məlumat sayəsində Rusiyada terror aktının qarşısı alındı


Türkiyə xüsusi xidmət orqanlarından alınmış informasiya sayəsində Rusiyada terror hücumunun qarşısı alınıb.

Topxeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, ötən il ABŞ Sankt-Peterburqda terror aktına hazırlıq barədə Rusiyanı xəbərdar edib: “Türk tərəfdaşlardan alınan məlumat sayəsində daha bir hücumun qarşısını almaq mümkün oldu”.

A.Bortnikov qeyd edib ki, nəticədə yüzlərlə insan sağ qalıb: “Bu, məsuliyyətli əməkdaşlıq nümunəsidir. Siyasəti siyasətçilərə buraxmaq və  birbaşa tapşırıqların həllinə istiqamətlənmək lazımdır”.

Məftun Salmanov