Logo

Viruslara yoluxmamaq üçün ölkədə peyvəndsiz uşaq qalmayacaq


Azərbaycanda peyvəndə cəlb edilməyən uşaqlar üçün immunlaşdırma həftəsinin keçirilməsi nəzərdə tutulur.

Topxeber.Az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, immunlaşdırma həftəsinin aprelin ayının son həftəsi ərzində keçiriləcəyi gözlənilir. Bu tədbirlərin Avropa İmmunlaşdırması Həftəsi çərçivəsində görülməsi planlaşdırılır: "Elə uşaqlar var ki, onlar müəyyən səbəblərdən vaxtında peyvənd edilə bilməyiblər. Bu həftə ərzində peyvənddən kənarda qalan uşaqların peyvəndə cəlb edilməsi təmin edilməlidir".

A.Əliyeva bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən əmrin veriləcəyinin gözlənildiyini də söyləyib.