Logo

"YouTube"un baş ofisində atışma: 1 ölü, 3 yaralı - VİDEO


ABŞ-da "YouTube" videoportalının baş ofisində atış açan qadının şəxsiyyəti müəyyənləşib.

Topxeber.az xəbər verir ki, həmin qadın Kaliforniya ştatının sakini Nasim Aqdam olub.

Qeyd olunur ki, Aqdam atəşdən sonra özünü vuraraq intihar edib. Onun "YouTube" şirkətinə heç bir aidiyyatı olmadığı bildirilir.

NBC telekanalının məlumatına əsasən, Nasim Aqdamın 39 yaşı olub. O, xəsarət alanlardan bir nəfəri tanıyırmış hadisənin də məişət zəminində baş verdiyi bildirilir.

Atışma nəticəsində 3 nəfər xasərət alıb. Xəsarət alanlardan 36 yaşlı kişinin vəziyyəti ağır qiymətləndirilir.