Logo

Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib


Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. 

Topxeber.Az Apasport.az saytına istinadən bildirir ki, ötən gün mərhələnin ilk görüşləri çərçivəsində daha iki oyunu keçirilib.

İngiltərə təmsilçiləri “Liverpul” və “Mançester Siti” “Enfild Roud”da münasibətlərinə aydınlıq gətiriblər. İlk 30 dəqiqədə 3 qol vuran meydan sahibləri asan qələbə qazanıblar. Salah, Oksleyd-Çemberleyn və Mane qələbəni təmin edən qollara imza atıblar.

Digər görüşdə “Barselona” “Roma”nı qəbul edib. İtaliya klublarına qarşı keçirdiyi son 12 ev oyununda uduzmayan kataloniyalılar bu dəfə də ənənəyə sadiq qalıblar. 4 qol vuran "Barselona" qarşısında "Roma"nın gücü təsəlli qoluna çatıb.

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

4 aprel

“Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) - 3:0

Qollar: Salah, 12, Oksleyd-Çemberleyn, 21, Mane, 31

 “Barselona” (İspaniya) – “Roma” (İtaliya) - 4:1

Qollar: De Rossi, 38 (avtoqol), Manolas, 55 (avtoqol), Pike, 59, Luis Suarez, 87 - Ceko, 80