Logo

Ərdoğan: "Arxamdan iş görürlər"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə iqtisadiyyatının idarə edilməsi ilə bağlı tənqidlərini davam etdirib.

Topxber.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan bu sahədə arxasından iş gördüklərini iddia edib.

O, xaricə səfərə getməzdən əvvəl Mərkəzi Bankın faiz dərəcələri ilə bağlı iclasının keçirildiyini xatırladıb: “Faiz dərəcələrinin aşağı salınmasından bəhs etdik. Nurəddin Canikli və Nihad Zeybekci də oradaydı. Sonra mən xaricdə olarkən Mərkəzi Bank faiz dərəcəsini artırdı. Belə bir şey ola bilərmi? Müstəqilmiş (Mərkəzi Bank)... Amma onların verdiyi qərarın əvəzini biz ödəyirik. Bir də ölkədə tək adamlığın olduğunu deyirlər. Bu necə tək adamlıqdırsa, qərar qəbul edirik tətbiq etmirlər. Mənim arxamdan iş görürlər. Bəzi dostlarımızın (Mehmet Şimşek) iqtisadiyyat sahəsində açıqlamaları çox səhvdir. İqtisadi göstəricilərə baxanda ən az 50 göstəricidə müsbət dəyişiklik var, ancaq onlar problemli olan bir-iki göstəricidən danışırlar. Bu, böyük tərbiyəsizikdir. Mən faiz dərəcələrinin endirilməsi məsələsində xəbərdarlıq edirəm, onlar iclasda oldu deyirlər, amma əks istiqamətdə faiz dəyişikliyinə gedirlər. Belə hörmətsizlik olarmı?”.

Məftun Salmanov