Logo

ATƏT PA prezident seçkilərini müşahidə etmək üçün gələn həftə Azərbaycana müşahidə missiyası göndərəcək


ATƏT Parlament Assambleyası (PA) gələn həftə prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana müşahidə missiyası göndərəcək.

Topxeber.Az APA-ya istinadən verdiyi məlumata görə, ATƏT PA müşahidə missiyasına isveçrəli parlamentar Kiener Nellen rəhbərlik  edəcək.

Missiyaya 20-dən çox ölkədən 40 parlamentar daxildir.

Sayı 300-dən çox olacaq ATƏT-in ümumi qısamüddətli missiyasına isə Nilza de Sena rəhbərlik edəcək. O seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı da həyata keçirəcək.

ATƏT DTİHB-nin müşahidə missiyasına isə xanım Koryen Yonker rəhbərlik edir.   

Seçkilərlə bağlı ATƏT PA ATƏT DTİHB və AŞPA ilə sıx əməkdaşlıq edəcək.

Müşahidənin ilkin nəticəsi aprelin 12-də açıqlanacaq.