Logo

Avtobusda sərnişin məktəbli qızı qorxutdu...Sürücü avtobusu bölməyə sürdü - VİDEO - FOTO


Çinin Yibin şəhərində avtobusda orta yaşlı kişi məktəbli qıza qarşı əxlaqsız hərəkət edib.

Topxeber.Az Milli.Az-a istinadla xəbər verir ki, qızın qışqırığını eşidən sərnişinlər onun ayaqlarına toxunan sərnişini tutub, avtobusdan düşməyə qoymayıblar.

Sürücü isə avtobusu birbaşa polis idarəsinə sürüb. Həmin anlar avtobusun kamerasına düşüb.

Yerli mətbuatda qeyd olunan məlumata görə əxlaqsızlıq edən kişi 5 günlük həbs cəzası alıb.