Logo

Azərbaycanda 102-yə gələn zəng, evdə tapılan meyid - MÜƏMMALI QƏTL


Beyləqan rayonunda mənzildən meyiti aşkarlanan 39 yaşlı qadının qətlə yetirildiyi müəyyən edilib.

Topxeber.Az xəbər verir ki, bu barədə Trend-ə Beyləqan Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd edilib ki, aprelin 4-də Beyləqan şəhəri, Nizami küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının mənzilində meyiti tapılması barədə məlumat daxil olub.

Rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib və və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Müayinə zamanı meyitin üzərində kəsici-deşici alətlə çoxsaylı xəsarətlər aşkar edilib. Meyit daxili müayinə edilmək üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil və faktla bağlı saxlanılan yoxdur.

Xatırladaq ki, aprelin 4-də səhər saatlarında Beyləqan şəhəri, Nizami küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının mənzilində meyiti tapılıb.

Mərhumənin qonşuları Daxili İşlər Nazirliyinin "102 "qaynar xətti"nə məlumat verib.