Logo

Bakıda ağır qəza: 1 nəfər öldü, 50 ton neft yere dağıldı


Ötən gün Bakı-Astara avtomobil yolunun Qaradağ rayonu ərazisində iki yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Topxeber.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, hər ikisi qoşqulu olan “MAN” və “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində “MAN”ın sürücüsü - 55 yaşlı Gürcüstan vətəndaşı Tamaz Dalindze hadisə yerində ölüb.

Onun cəsədi avtomaşında sıxılmış vəziyyətdə qaldığı üçün hadisə yerinə gəlmiş xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

T.Dalindzenin idarə etdiyi “MAN”ın sistern-qoşqusunda olan 50 ton neft isə yolun kənarına dağılıb.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.