Logo

Cəlilabadda psixoloji problemləri olan qadın özünü asdı


Cəlilabadda intihar etmiş qadının şəxsiyyəti məlum olub. 

Topxeber.Az APA-ya istinadən bildirir ki, bu Cəlayir kənd sakini, 1968-ci il təvəllüdlü Yasəmən Elyas qızı Nağıyevadır. O özünü evin həyətindəki köməkçi tikilidə asıb. 

Onun meyiti müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

Məlumata görə, Ə. Nağıyevanın psixoloji problemləri olub.