Logo

Gürcüstanda mədən uçqunu: xeyli sayda ölən var


Gürcüstanın qərbindəki mədəndə tavanın uçması nəticəsində altı nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.

Topxeber.Az-ın xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə Tkibulu şəhərindəki Mendelya adına mədəndə baş verib. İlkin məlumata əsasən, mədəndə divar deformasiyaya uğrayıb, nəticədə tavan uçub.

Məftun Salmanov