Logo

Həyatda belə hadisələr də olur... Sürücü hər kəsi TƏƏCCÜBLƏNDİRDİ


Amerikada yetim qalan qızın saçlarını hər gün hörən sürücü valideynlərin rəğbətini qazanıb.

Topxeber.Az Milli.Az-a istinadla xəbər verir ki, Utah ştatında yaşayan 11 yaşlı İsabella 2 il əvvəl anasını itirib. Nadir xəstəlikdən əziyyət çəkən qadının həyatını xilas etmək mümkün olmayıb. İsabella atası ilə tək qalıb. Philip qızının bütün ehtiyaclarını qarşılasa da, onun saçlarını hörə bilməyib. Buna görə də onun saçlarını qısa kəsdirib.

Bir müddət sonra İsabella məktəbə gedərkən Tracy Dean adlı sürücünün sinif yoldaşının saçını hördüyünü görüb. İsabella ürəklənərək sürücüdən onun da saçını hörməsini xahiş edib. O, başına gələnləri sürücüyə danışıb.

Həmin gündən sonra bu günə qədər hər gün Tracy Dean İsabellanın saçlarını hörür, sonra məktəbə aparır.

Tracy Dean-ın bu hərəkəti marağa səbəb olub. Qonşuları və məktəb valideynləri onu təqdir ediblər.

KSL kanalı onunla bağlı maraqlı süjet hazırlayıb.