Logo

"İşğala son qoyulmalıdır": Prezident İlham Əliyev


"İşğala son qoyulmalıdır və yalnız o zaman regionda sülh bərqərar olacaq".

Topxeber.Az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransında deyib.

Dövlət başçısı bildirib ki, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına baxmayaraq, indiyə qədər Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb.

"ATƏT-in keçirdiyi monitorinqlər işğal edilən ərazilərdə Azərbaycanın tarixi irsinin erməni vandalları tərəfindən məhv olunduğu göstərib", - Prezident vurğulayıb.

Prezident qeyd edib ki, Ermənistan monoetnik ölkədir, orada digər xalqlara, xüsusilə etnik azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb.

Eyni zamanda, Azərbaycanda multikulturalizm dövlət siyasətidir: "Azərbaycan əsrlər boyu dini müxtəliflik məkanıdır, bizim gücümüz də bundadır". Prezident 100 il əvvəl ADR-in kişilərlə bərabər qadınların da hüquqlarını elan etdiyi xatırladıb və bu gün Azərbaycanın demokratiyanın bu dəyərlərini davam etdirdiyini vurğulayıb.