Logo

Məşhurların illər əvvəlki halı — FOTOLAR


Topxeber.Az məlumat verir ki, İnce.az azərbaycanlı məşhurların illər əvvəl çəkilmiş fotolarını əldə edib. Tanınmış aktrisa və aparıcı Könül Yusifqızının təqdim etdiyi bu fotolarda məşhurların necə dəyişdiyi aydın görünür.

Həmin fotoları təqdim edirik:

Aktyor, Azərbaycanın xalq artisti «Şöhrət» ordeni laureatı Rasim Balayev 1948-ci ildə avqustun 8-də Ağsu rayonunda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən akytor ilk dəfə Bakı kinostudiyasında «Ulduzlar sönmür» əsərində kiçik bir rolda çəkilib. Oynadığı «Nəsimi», «Babək» və «Dədə Qorqud» filmləri böyük rəğbətlə qarşılanıb. «Bu şirin söz, azadlıq», «Sənin birinci saatın», «Xoşbəxtlik səhnəsi», «Mən hələ qayıdacağam», «Birisigün gecəyarısı» kimi filmlərdə o, epizodik rol oynayıb. «Özbəkfilm»də, «Mosfilm»də, və başqa studiyalarda filmlərə çəkilib.


Azərbaycanın Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, aktyor Yaşar Nuriyev 1951-ci il sentyabrın 3-də Bakı şəhərində anadan olub. Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də «Toy kimindir?» tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının «Yelkən» verilişinin aparıcılarından olan aktyor eyni zamanda, «Buratino», «Qaranquş», «Pioner» uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Könül Yusifqızı. 1978-ci ildə Goranboyda anadan olub. Aktrisa «Qaz», «Qonşular», «Gürzə», «Qaynar», «My name is İntiqam», «Gizlənpaç» kimi yerli filmlərdə yer alıb.


Əməkdar artist Dilarə Əliyeva 1972-ci il oktyabrın 25-də Sumqayıt şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin «Teatr kollejtivinin rəhbəri» fakültəsini bitirib. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi çalışıb.  Xatirə (Hidayət, «Məhəbbət yaşayır hələ!…»), Günay (Hidayət, «Durnalar qayıdanda»), Günay (M.Bayciyev, «Ər və arvad»), Henrietta (G.Mopassan, «Dərəbəylik»), Badam (V.Əliyev, «Madam-Badam»), Gəlin (Z.Yaqub, «Didərginlər»), Mişilin (M.Marinye, «Oğru»), Zərifə (G.Xuqayev, «Mənim qayınanam») kimi rolları ifa edib.

Əməkdar artist Brilliant Dadaşova 1965-ci ildə Bakı şəhərində anadan olub. Onun musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi. Müğənni eyni zamanda, «Yaramaz», «Kənar adamlar», «Haray», «Bir cənub kəndində», «Əzizə Cəfəezadə», «Dəvətnamə» kimi filmlərdə çəkilib.

Əməkdar artist müğənni Abbas Bağırov 1982-ci il avqustun 29-da Tovuz rayonunda anadan olub.  Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gələrək  vokal sənətini ciddi öyrənməyə başlayıb.

Müğənni, Azərbaycanın əməkdar artisti Röyalə  Nəcəfova 1982-ci il iyunun 14-də Ağdam rayonunda anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərəyzadənin W-trio qrupunda çıxış edən müğənni qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb.  2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən, «İlin müğənnisi» və «İlin konserti» nominasiyaları üzrə qalib gəlib.

İnce.az