Logo

Milyonçu kişi o biri dünyaya maşın və qızıllarını da "apardı" - FOTO


Trinidad və Tobaqoda daşınmaz əmlak və avtomobil satışı ilə məşğul olan milyonçu, 33 yaşlı Şerron Sukedo qətlə yetirilib.

Topxeber.Az Daily Mail-ə istinadən bildirir ki, milyonçu çox bahalı ağac növlərindən hazırlanan, 50 min dollar dəyərində tabutda, qızıl-zinət əşyaları ilə birlikdə dəfn olunub.

Onun məzarının yanında çox sevdiyi Bentley avtomobili də basdırılıb. Avtomobilin dəyəri 150 min dollar idi.

Ş.Sukedo ötən həftə qayınatasının evinin qarşısında güllələnmişdi.

Polis milyonçunun ailə münaqişəsi zəminində öldürüldüyünü istisna etmirlər.

Bununla belə, Sukedonun yerli "Rasta Siti" bandası tərəfindən dəfələrlə ölüm təhdidləri aldığı da bəlli olub.