Logo

“Noviçok”un Rusiyada istehsal edildiyi yer müəyyənləşdi... İki ölkə arasında vəziyyət GƏRGİNLƏŞİR


Böyük Britaniyanın xüsusi xidmət orqanları “Noviçok” əsəb-iflic maddəsinin istehsal olunduğu məxfi Rusiya laboratoriyasının yerini müəyyənləşdirib.

Topxeber.Az-ın “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın  “Noviçok”dan zəhərləndiyi ehtimal edilir. Qəzet, həmçinin hökumətdəki mənbəsinə istinad edərək yazıb ki, maddə çox böyük ehtimalla Rusiyada istehsal olunub. Bununla belə, qəzet maddənin konkret hansı yerdə istehsal olunmasını dəqiq göstərməyib.

Xatırladaq ki, S. Skripal və qızı martın 4-də Britaniyanın Solsberi şəhərində skameykada huşsuz vəziyyətdə tapılıblar. Rəsmi London onların Rusiyada hazırlanmış “Noviçok” maddəsi ilə zəhərləndiyini bəyan edib.

Məftun Salmanov