Logo

Oğuzda meşəbəyi dağdan yıxılaraq öldü


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

Topxeber.Az xəbər verir ki, yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hadisə Oğuz rayonunun Muxas kəndində yerləşən yüksək dağlıq ərazidə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi işləyən Məhərrəmov Tahir Seyfəddin oğlu qayadan yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.