Logo

Sarkisyan biabır oldu: Ermənilər qarabağlıdan imtina etdi


Ermənistanda baş nazir seçkisindən öncə maraqlı nəticələr ortaya çıxıb.

Topxeber.Az axar.az-a istinadən bildirir ki, "Qallup" şirkətinin keçirdiyi sorğuda hazırkı prezident Serj Sərkisyanı ermənilər baş nazir postunda görmək istəmirlər. Ölkə əhalisinin cəmi 24,8%-i Sərkisyanı baş nazir kimi arzulayırsa, Karen Karapetyanı əhalinin 27,3%-i dəstəkləyib.

Maraqlı məqam odur ki, Sərkisyan bu göstərici ilə heç ikinci yerdə belə qərarlaşmayıb. Onu Karapetyanla bərabər, məşhur iş adamı Qaqik Sarukyan da üstələyib. Sarukyanı əhalinin 26,5%-i baş nazir görmək istəyir.

Sərkisyana qarşı kəskin mövqe tutan Yelk Blokunun nümayəndəsi Nikol Paşinyan 15,3%, müdafiə naziri Vigen Sərkisyan isə cəmi 8,6% səs toplayıb.

Qeyd edək ki, Ermənistanda baş nazirin adı aprelin 9-da bəlli olacaq. Baş nazir parlamentdə keçirilən səsvermə əsasında müəyyən ediləcək.