Logo

Türkiyədə terror bitmədiyi üçün fövqəladə vəziyyətin vaxtı uzadılacaq


Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılacaq.

Topxeber.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.

Baş nazir müavininin sözlərinə görə, fövqəladə vəziyyətin uzadılmasına ehtiyac var, çünki Fətullah Gülən terror hərəkatı ilə mübarizə hələ bitməyib.

Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət 2016-cı ildə ölkədə hərbi çevrilİşə cəhddən sonra tətbiq edilib.

Qeyd edək ki, daha öncə fövqəladə vəziyyətin fevral ayında bitəcəyi deyilsə də, müddəti uzadılmışdı.