Logo

Yevlaxda gənc oğlanı tanımadığı şəxslər bıçaqladı


"Yevlax rayonunda qız üstündə bıçaqlandığı deyilən 23 yaşlı gənc əvvəlcədən planlaşdırılmış hadisənin qurbanı olub."

Topxeber.Az  xəbər verir ki, bu barədə Publika.az-a Xəyal Məmmədovun atası Fariz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə Mingəçevirdə baş verib: "Oğlum Mingəçevirdə kollecdə oxuyur. Pis vərdişləri, pis dost-tanışı olmayıb. Polislə danışdıq, bıçaqlayan şəxs Mingəçevir sakini olub. Oğlum deyir ki, o adamı tanımır. Amma oğlumu bıçaqlayan şəxs Xəyalın dostlarından birini tanıyır. Elə hadisə zamanı da orda olub. İki dost kollecdən çıxıb maşınla evə gedəndə bir neçə nəfər onların qarşısını kəsib, dalaşıblar. Cibində bıçaq olub, oğlumu başından və üzündən bıçaqlayıb. Hazırda Mingəçevir Mərkəzi Xəstəxanasındadı, vəziyyəti normaldı. Polis məsələni araşdırır".

Yevlax rayon Qaroğlan kənd bələdiyyəsindən verilən məlumata görə, kənd sakini Xəyal Fariz oğlu Məmmədov burda yaşamadığı üçün hadisə ilə bağlı məlumatlı deyillər: "Mingəçevirdə oxuyur, elə orda da qalır. Amma ailəsi burada yaşayır. Sakit ailədirlər. Hadisə nə üstündə olub, bimirik. Atası eşidən kimi getdi xəstəxanaya. Dediyinə görə, gecə əməliyyat ediblər, vəziyyəti yaxşıdır".

Xəstənin müalicə aldığı Mingeçevir Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, xəstənin vəziyyəti stabildir: "Dünən yaralı halıda xəstəxanaya gəlib. Dərhal həkimlərimiz tərəfindən yaralı cərrahi əməliyyata alınıb. Hazırda palataya köçürülüb, vəziyyəti yaxşıdır".