Logo

Yunanıstan Türkiyə ilə sərhədə 7 min əsgər göndərir


Yunanıstan Türkiyə ilə sərhədə əlavə 7 min hərbçi göndərəcək.

Topxeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın milli müdafiə naziri Panos Kammenos deyib.

Onun sözlərinə görə, rəsmi Afina Türkiyə ilə sərhədin yaxınlığında, Egey dənizindəki adalarda, Evros ərazisində hərbi qruplaşmasını gücləndirəcək.

Nazir qeyd edib ki, bu qərar Türkiyə ilə münasibətlərin korlanması kontekstində mövcud şəraitlə əlaqədardır: “Növbəti həftələr ərzində adalara 3,5 min nəfər göndəriləcək, daimi personal və çağırışçılardan ibarət daha 3,5 min nəfər Evrosa köçürüləcək”.

Məftun Salmanov