Logo

4 müttəhim məhkəmə zalından qaçdı


Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə iştirakda təqsirləndirilən 4 müttəhim məhkəmə iclasının keçirildiyi zaldan qaçıb.

Topxeber.Az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, onlar Ankaradakı Ali Hərbi Məktəbə hücum işi üzrə təqsirləndirlib.

Məhkəmə həmin iş üzrə qərarını açıqlayıb. Məhkəmənin qərarına əsasən iş üzrə adı hallanan 19 nəfər həbs edilib. 4 müttəhim isə qərar açıqlanarkən məhkəmə iclasının keçirildiyi zaldan qaçıb.

Məftun Salmanov