Logo

ABŞ-ın ticarət kəsiri rekord həddə çatıb


Fevral ayında ABŞ-ın ticarət kəsiri 57,6 milyard dollar təşkil edərək rekord həddə çatıb.

Topxeber.Az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Ticarət Nazirliyinin statistik agentliyi olan İqtisadi Təhlil Bürosundan deyiblər.

Belə ki, fevralın yekunları üzrə ABŞ-ın idxalı ixracı 77 milyard dollar üstələyib. Xidmətlər üzrə isə əksinə 19,5 milyard həcmində profisit saxlanılıb.

Kəsirin həcmi artıq yarım ildir artır və hazırda 2008-ci ildən bəri ən yüksək həddə çatıb.

Məftun Salmanov