Logo

ABŞ-dan Türkiyəyə təklif – "Patriot" raketlərini birgə istehsal edək


ABŞ Türkiyəyə "Patriot" zenit-raket komplekslərinin birgə istehsalını təklif edir.

Topxeber.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV diplomatik mənbələrə istinadən yazır.

Rəsmi Vaşinqtonun Ankaraya bu sahədə əməkdaşlıq üçün "niyyət memorandumu" göndərdiyi də bildirilir.

Həmçinin qeyd olunur ki, bundan əvvəl Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə məsil nümayəndəsi Tina Kaydanov Ankaraya səfəri zamanı ABŞ-ın Türkiyə üçün cəlbedici təklifi olduğunu bildirmişdi.