Logo

ABŞ rusiyalı oliqarxlara, rəsmi şəxslərə və dövlət qurumlarına yeni sanksiya tətbiq edib


ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. 

Topxeber.Az APA-ya istinadən bildirir ki, 7 rusiyalı iş adamına, 17 dövlət məmuruna və 12 şirkətə qarşı yeni sanksiyalar tətbiq olunub.

Siyahıda Oleq Deripaska, Mixail Fradkov, Sergey Fursenko, Andrey Kostin, Viktor Vekselberq, Kirill Şamanov, Süleyman Kərimov kimi tanınmış iş adamlarının, "Qazprom"un rəhbəri Aleksey Miller, daxili işlər naziri Vladimir Kolokoltsev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federasiya Şurasının komitə sədri Konstantin Kosaçov və digər şəxslərin adları var.