Logo

Azərbaycanın ərəb biznesmenlərlə pul qarşılığında görüşən qadın müğənniləri - ŞOK - VİDEO


Bəzi müğənni xanımlar ərəblərin qara göz-qaşına aşiq deyil ki, onları cəlb edən həmin kişilərin milyonlarıdır.

Topxeber.az xəbər verir ki, bu sözləri Faktor.az saytına müğənni Afaq Aslan deyib.

Afaq Aslan daha sonra bildirib  ki, ümumiyyətlə, xarici ölkələri çox gəzir. "Lakin hər zaman bu sözü deyirəm ki, Azərbaycan kişilərinin atılan dırnağını heç bir xarici vətəndaşa dəyişmərəm. Öz kişilərimizdə olan alicənablıq, mədəniyyət, qabiliyyəti mən xarici vətəndaşlar da görə bilmirəm. Bizim müğənni xanımların, istər qızlarımızın xarici və ərəb kişilərinə meyillənməsinə heç yaxşı baxmıram. Bizim müğənnilərin ərəblərə meyil etməsinə səbəb, onların yaraşığı ya da ki, ağlı deyil. O cür insanlar pula həris olur. İtə də tamah salırlar. Nə var ki, pul olsun. Mən hər zaman sözün düzünü deyəndə, hər dəfə qalmaqal yaranır. Sonra deyirlər ki, Afaq yenə açıqlama verdi. Lakin özləri də yaxşı bilir ki, mən hər zaman sözün düzünü deyirəm və kimləri nəzərdə tuturam".