Logo

“Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalara uyğun həllini istəyirik”:Suriyanın BMT-dəki səfiri


”Bu barədə heç nə eşitməmişəm, amma deyə bilərəm ki, bu, beynəlxalq terror müharibəsinin bir hissəsidir, hansı ki, təkcə Suriyaya qarşı deyil, İraq, Liviya, Misir və başqa ölkələrə, bütün dünyaya qarşı yönəlib”.

Topxeber.Az bildirir ki, bunu APA-ya açıqlamasında Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Suriyadan çıxan bəzi terror qruplarının Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirildiyi barədə məlumatlara münasibət bildirərkən deyib.

“Biz əvvəlcədən hər kəsə xəbərdarlıq etmişdik, ancaq heç kim bizə qulaq asmırdı. Terror qruplarını Suriyaya göndərən hökumətlərə deyirdik ki, bu terror təşkilatları bir gün geri dönməlidir və qarşı çıxdığımız şey sonda həqiqət oldu. İndi bütün dünya öz məsuliyyətini dərk etməlidir”, - deyə o, söyləyib.

Səfir bildirib ki, terrorçular harada olursa olsun - Suriya, Rusiya, Azərbaycan, fərq etməz – dövlətlər öz aralarında birlik nümayiş etdirməlidir: “Çünki terrorçular hər yerdə təhlükə saçır. Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalara uyğun həll edilməsini istəyirik”.