Logo

Evinə aparıb, cinsi əlaqə zamanı qızı öldürdü - Məhkəmə qərarını verdi


Şotlandiyanın Aberdeen şəhərindəki evində 21 yaşı yeni tamam olmuş Chloe Miazeki cinsi əlaqə zamanı boğaraq öldürən 32 yaşlı Mark Brusa hökm oxunub.

Topxeber.Az Milli.Az-a istinadən xəbər verir ki, qızı öldürdükdən sonra polisə gedərək "Evimdə bir qadını öldürdüm" deyib, könüllü təslim olan Mark 6 il azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, içkili olan cütlük gecə saatlarında bir avtobus dayanacağında tanış olub, cinsi əlaqədə olmaq üçün Mark Brusun evinə getmişdilər.