Logo

İstanbulda iranlı narkobaron tutuldu


İstanbulda iranlı narkobaron Naci Şərifi Zindaşti saxlanılıb.

Topxeber.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, narkobaron İstanbul polisinin beynəlxalq mütəşəkkil cinayət dəstəsinə qarşı keçirdiyi xüsusi əməliyyat zamanı tutulub.

Əməliyyat zamanı cinayət dəstənin daha 9 üzvü də saxlanılıb. Narkobaronun qızı və sürücüsü İstanbulun Böyükçekmece rayonunda silahlı hücum zamanı öldürülmüşdü.  Zindaşti silahlı hücumun hədəfində özünün olduğunu bildirmişdi.

Məftun Salmanov