Logo

Keçmiş prezidentə 24 il iş verildi


Seul Mərkəzi Məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın Xeni 24 il müddətinə azadlıqdan məhrum edib.

Topxeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, sabiq prezident ötən il martın sonunda korrupsiya ittihamı üzrə saxlanılmışdı.

Ona qarşı korrupsiya, rüşvətxorluq, vəzifə səlahiyyətlərini aşma daxil olmaqla, 18 bənd üzrə ittiham irəli sürülüb.

Cənubi Koreya prokurorluğu keçmiş prezident üçün 30 il həbs və təqribən 95 milyon dollar cərimə istəyib.

Məftun Salmanov