Logo

Kişi 15 yaşlı oğlanın cinsiyyət orqanını kəsdi, qanaxmadan öldü


Çində ağlasığmaz cinayət hadisəsi törədilib.

Topxeber.Az  Milli.Az-a istinadla xəbər verir ki, nənəsi ilə birlikdə Çinin Xi'an vilayətində yaşayan əqli qüsurlu 15 yaşlı oğlanın yarıçılpaq cəsədi tapılıb.

Cəsədi evlərə süd daşıyan şəxs tapıb. Südsatan oğlanın cəsədini tapanda dəhşətə gəlib.

Belə ki, kimsə oğlanın əllərini başının üzərində qaz borusuna bağlayıb, sonra da cinsiyyət orqanını kəsib.

Oğlan qanaxmadan həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbi araşdırılır.

Ehtimal olunur ki, cinayəti törədən şəxs 39 yaşlı Vanqdır.