Logo

"Nə müharibə istəmirik, nə də müharibədən qorxmuruq" - ÇİN və ABŞ münasibətləri


Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir.

Topxeber.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi bəyan edib.

Nazirlikdən bildirilib: "Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir. Lakin müharibədən də qorxmuruq".

Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazmışdı ki, Vaşinqton Pekinlə ticarət müharibəsini uzun illər əvvəl uduzub:

"Bu müharibəni uzun illər əvvəl ABŞ-ı təmsil edən səriştəsiz şəxslərin ucbatından uduzmuşuq. İndi bizim Çinlə 500 milyard dollar həcmində ticarət kəsirimiz var. Biz bunun davam etməsinə imkan verə bilmərik".