Logo

Putin 11 generalı işdən çıxardı


Rusiya Prezidenti Vladimir Putin ölkənin Daxili İşlər Nazirliyi, Federal İcra Xidməti, Fövqəladə Hallar Nazirliyi və İstintaq Komitəsinin strukturlarından 11 generalı vəzifədən azad edib.

Topxeber.Az Trend-ə istinadən xəbər verir ki, V.Putin bu barədə müvafiq fərman imzalayıb.

Fərmanda vəzifələrə yeni təyinatların da adları açıqlanıb.

Kadr dəyişikliklərinin səbəbi açıqlanmayıb.