Logo

Səudiyyə Ərəbistanı Qətəri adaya çevirəcək: meqa layihə hazırlanıb


Səudiyyə Ərəbistanı Qətərin quru ilə əlaqəsini tam kəsməyi nəzərdə tutan kanal layihəsi üzərində çalışır.

Topxeber.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, iddiaya əsasən, Səudiyyə Ərəbistanı Qətərlə sərhəddə yeni kanal inşaatına başlayıb. Məqsəd Qətərin yeganə quru sərhədini tamamailə ortadan qaldırmaqdır.

Səudiyyə Ərəbistanı uzunluğu 60 kilometr, eni 20 metr və dərinliyi 20 metr olan kanal tikməyi planlaşdırır. Əgər bu layihə reallaşsa, Qətərin quru ilə əlaqəsi qalmayacaq və o, adaya çevriləcək.

Layihənin 12 ay ərzində tamamlanması gözlənilir. Layihənin ilkin maliyyəsi isə 2,8 milyard dollardır.

Məftun Salmanov