Logo

“Telegram”a giriş məhdudlaşdırılır


Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə federal xidməti (“Roskomnadzor”) “Telegram” messencerinə girişin məhdudlaşdırılması haqqında Taqansk məhkəməsində iddia qaldırıb.

Topxeber.Az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, “Telegram Messenger Limited Liability Partnership” şirkəti informasiyanın yayılmasının təşkili öhdəliklərini yerinə yetirmədiyinə görə iddia ərizəsi verilib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha əvvəl şirkətin öhdəliklərini yerinə yetirmədiyini üzə çıxarmışdı.

“Roskomnadzor”un “Telegram” messencerinə ultimatum müddəti aprelin 4-də başa çatıb. Bu müddət ərzində messencer FTX-nin müvafiq tələbini qanuni hesab edən Ali məhkəmənin qərarından sonrakı 15 gün ərzində istifadəçilərin yazışmasının şifrələmə açarlarını FTX-yə verməyib.

“Telegram” iddia edir ki, şifrələmə açarlarının verilməsi texniki baxımdan mümkün deyil.

Məftun Salmanov