Logo

6 nəfər faciəvi şəkildə yanaraq öldü - 1-i uşaqdı


Rusiyanın Ussuriysk  şəhərində fərdi evdə baş verən yanğın nəticəsində 6 nəfər ölüb.

Topxeber.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın söndürüldükdən sonra hadisə yerində 4 qadın və 1 uşağın meyiti aşkar edilib. Yanğın zamanı xəsarət alan bir kişi isə xəstəxanada keçinib.

İlkin versiyaya görə, yanğına elektrik naqillərində yaranan qısa qapanma səbəb olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.