Logo

Ağstafa sakini bıçaqlanıb


Ağstafada bıçaqlanma olub.

Topxeber.Az APA-ya istinadən bildirir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Rzayev Elton qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Çoxlu qan itirən E. Rzayevin vəziyyəti ağır olduğundan o, Gəncədə olan xəstəxanaların birinə aparılıb. Yaxınları əvvəlcə E. Rzayevin yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan onun bıçaqlandığı məlum olub. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.