Logo

Ağstafada yıxılan ustanın bədəninə armatur girdi


Ağstafa sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Topxeber.Az report.az-a istinadən bildirir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Rzayev Elton Natiq oğlu evində təmir aparan zaman yıxılaraq bədəninə armatur girib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.