Logo

Abşeronda bu xəstəliklər artıb


Abşeron rayonunda əhali arasında ən çox rast gəlinən öd kisəsinin iltihabi, (Xroniki xolesistit), qalxanvari vəz və digər xəstəliklərdir.

Topxeber.Az Trend-ə istinadən xəbər verir ki, dispanserizasiya ayı müddətində Abşeron rayon poliklinikasında 1908 nəfər USM müayinəsindən keçib.

Abşeron rayon Uşaq Poliklinikasında isə 590 nəfər uşaq USM müayinəsindən keçib. 2 yaşa qədər uşaqlarda ən çox aşkarlanan xəstəliklər kriptorxizm, hidrosele, məktəbəqədər uşaqlarda boyun limfa düyünlərinin limfadeniti və digər xəstəliklərdir.