Logo

ABŞ-ın MÜHARİBƏ PLANI: İrəvan boru kəmərlərini, Bakı isə Ermənistandakı AES-ə zərbə vuracaq


Vaşinqtonun strateji və beynəlxalq araşdırmalar üzrə analitik mərkəzi (CSIS) Ermənistan qarşısında dayanan “yeni çağırışlar” və Qərbin onlara necə reaksiya verməlidir mövzusunda müzakirə aparıb.

Topxeber.Az-ın “Haqqın.az”a istinadən verdiyi məlumata görə, Rusiya silahının həm Erməmnistana, həm də Azərbaycana satılması amerikalı analitikləri narahat edir. Bundan başqa, siyasi dəyişikliklər, o cümlədən Serj Sarkisyanın prezident vəzifəsindən getməsi və onun baş nazir postuna təyin edilməsinin gözlənilməsi ətrafında da fikir mübadiləsi aparılıb. Demokratiya uğrunda milli fondun Rusiya və Avrasiya üzrə baş direktoru Miriam Lanskoy qeyd edib ki, regionda indiki geosiyasi tərpəniş, xüsusilə Rusiya-Türkiyə yaxınlaşması və Azərbaycan-Rusiya münasibətlərinin güclənməsi Ermənistanın Avropa İttifaqında və  ABŞ-da dəstək axtarmasına gətirib çıxarıb.

Bununla belə M. Lanskoy xəbərdar edib: “Bu cür tərpəniş Qərb üçün yeni imkanlar açsa da, özlüyündə böyük təhlükə daşıyır, axı qlobal səviyyəli ölkələr öz mövqelərini yenidən quranda Qafqazda müharibə olub”.

Müzakirələrdə Qarabağ ətrafında münaqişə məsələsi əsas mövzu olub. CSIS-ın “Rusiya və Avrasiya” proqramı üzrə direktor müavini Ceffri Mankoff  2016-cı ilin aprelindəki baş vermiş dörd günlük döyüşlərin bu yaxınlarda ildönümü olduğunu xatırladıb. Öz növbəsində, ABŞ-ın Belarus və Gürcüstandakı keçmiş səfiri Kennet Yalovits xəbərdarlıq edib ki, regiondakı istənilən gələcək münaqişə Ermənistan və Azərbaycan arasında birbaşa müharibəyə çevrilə bilər.

Amerikalı ekspert hətta ən pis ssenarini təsvir edib: “Erməni hərbçilər Azərbaycanın boru kəmərlərinə zərbə endirəcəklər, Bakı isə Ermənistandakı Atom Elektrik Stansiyasını vuracaq”. 

Məftun Salmanov